“Qarabağ”ın rəqibindən yeni transfer
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Fransanın “Nant” klubu növbəti futbolçu transferini gerçəkləşdirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi “Lans”da çıxış edən İqnatius Qanaqonu heyətinə qatıb.
23 yaşlı kamerunlu hücumçu bu gün yeni klubunda tibbi müayinədən keçəcək.
“Qarabağ” “Nant”la sentyabrın 15-də evdə, oktyabrın 27-də isə səfərdə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin