“Qarabağ”ın rəqibinə 5 qol vurdular
Albaniya çempionu “Partizani” Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, “Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi, Bosniya və Herseqovina təmsilçisi “Sarayevo” ilə qarşılaşıb.
Albaniya klubu bu oyunda 1:5 hesabı ilə uduzub. “Partizani”nin yeganə qolunu 75-ci dəqiqədə Mensah rəqib qapısından keçirib.
“Qarabağ” və “Partizani” arasındakı ilk oyun iyulun 9 və ya 10-da, cavab qarşılaşması isə bir həftə sonra keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin