“Qarabağ”ın rəqibi yenə uduzdu
Albaniya çempionu “Partizani” növbəti yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan sözügedən kollektiv Sloveniyanın “Mura” klubu ilə üz-üzə gəlib.
Üç qolun qeydə alındığı qarşılaşma “Qarabağ”ın rəqibinin məğlubiyyəti ilə başa çatıb – 1:2.
22 və 71-ci dəqiqələrdə qapısından top buraxan Albaniya çempionu yalnız matçın əsas vaxtına əlavə olunmuş vaxtda təsəlli qoluna imza ata bilib.
“Partizani” bir neçə gün əvvəl Bosniya və Hersoqovina təmsilçisi “Sarayevo” ilə sınaq matçında da 1:5 hesabı ilə uduzmuşdu.
“Qarabağ” və “Partizani” arasındakı ilk oyun iyulun 10-da Tiranada, cavab qarşılaşması isə bir həftə sonra Bakıda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin