“Qarabağ”ın Konfrans Liqasındakı potensial rəqibi də bəlli oldu
Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Komanda.az xəbər verir ki, ilk gündə cəmi bir qarşılaşma baş tutub.
Estoniyanın “Flora” komandası doğma meydanda “Farul”la (Rumıniya) üz-üzə gəlib. İlk oyunda darmadağınla qalib gəlmiş Rumıniya təmsilçisi səfərdə də 2 cavabsız qola sevinib və pley-offa yüksəlib.
Xatırladaq ki, “Farul”u pley-offda Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ” – HJK (Finlandiya) cütünün məğlubu ilə görüş gözləyir.
Mərhələnin qalan cavab oyunları sabah keçiriləcək.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
16 avqust
Flora (Estoniya) – Farul (Rumıniya) 0:2 (ilk oyun 0:3)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin