“Qarabağ”ın Konfrans Liqasında mümkün rəqibləri məlum olub

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.

Komanda.az xəbər verir ki, Azərbaycan çempionunun UEFA Avropa Liqasında HJK ilə (Finlandiya) təşkil etdiyi cütün məğlubu mübarizəni üçüncü dərəcəli turnirdə davam etdirəcək.

Bu cütün potensial rəqiblərindən ikisi Avropa Liqasında 3-cü raundun məğlubu, üçü isə Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin qalibi olacaq.

“Qarabağ” – HJK cütünün Konfrans Liqasında mümkün rəqibləri:
“Valmiera” (Litva) – “Partizani” (Albaniya) cütünün qalibi.
“Farul” (Rumıniya) – “Flora” (Estoniya) cütünün qalibi.
“Struqa” (Şimali Makedoniya) – “Svift” (Lüksemburq) cütünün qalibi.
Avropa Liqasında “Zrinski” (Bosniya və Herseqovina) – “Breydablik” (İslandiya) cütünün məğlubu.
Avropa Liqasında “Astana” (Qazaxıstan) – “Ludoqorets” (Bolqarıstan) cütünün məğlubu.

Konfrans Liqasının bu gün keçiriləcək püşkatma mərasimi saat 16:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button