“Qarabağ”ın ilk sınaq matçının başlama saatı açıqlandı

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama matçına çıxacaq.

Komanda.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk sınaq matçında “Ferentsvaroş”la qarşılaşacaq.

Macarıstan təmsilçisi ilə görüş “Leerberg Arena”da baş tutacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Azərbaycan çempionu Avstriyada daha iki yoxlama oyunu keçirəcək. Ağdam təmsilçisi “Legiya” (Polşa) və ÇSKA (Sofiya, Bolqarıstan) ilə də qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button