“Qarabağ”ın hücumçusu keçmiş klubuna qayıda bilər

“Qarabağ”ın albaniyalı hücumçusu Redon Cica vətəninə qayıda bilər.

Komanda.az “A2 CNN”-ə istinadən xəbər verir ki, Ağdam təmsilçisində əsas heyətdə yer almayan 25 yaşlı futbolçunun xidmətində keçmiş klubu “Tirana” maraqlıdır.

Amma hələ ki, indiyədək ağdamlılara rəsmi təklif olmayıb.

Cica bu ilin yanvarında “Tirana”dan “Qarabağ”a keçib. Onun Azərbaycan çempionu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button