“Qarabağ”dan “Sivasspor”la “Trabzonspor”a təbrik

“Qarabağ” Türkiyənin “Trabzonspor” və “Sivasspor” klublarına təbrik ünvanlayıb.

Komanda.az xəbər verir ki, Ağdam klubu sözügedən kollektivləri müvafiq olaraq Türkiyə çempionu və Türkiyə kubokunun qalibi olmaları münasibətilə təbrik edib.

Klubun sosial şəbəkə hesabındakı paylaşımda bu sözlər qeyd olunub:

“Qardaş Türkiyədə Super Liqa çempionu olmuş “Trabzonspor”u, Türkiyə kubokunu qazanmış “Sivasspor”u təbrik edirik!”

“Qarabağ” özü də bu mövsüm Azərbaycanda həm çempion olub, həm də kuboku qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button