“Qarabağ”dan kubokda yeni rekord
“Qarabağ” Azərbaycan kubokunda yeni rekorda imza atıb.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, Ağdam təmsilçisi buna “Qəbələ”ni 3:1 hesabı ilə məğlub etdikləri yarımfinal mərhələsinin ilk oyununda nail olub.
Bu görüşədək keçirdiyi 68 səfər qarşılaşmasında 98 dəfə fərqlənən “köhlən atlar” qol sayını 101-ə çatdırıb. “Qarabağ”ın 101-ci qoluna penaltidən Kadi Borqes imza atıb. Ağdamlılar bu qolla turnirin tarixində rekordçu olub. Komanda səfərdəki qol sayında 100 dəfə fərqlənən “Neftçi”ni keçib. “Köhlən atlar”ın orta məhsuldarlığı 1,46-dır.
“Qarabağ”ın Azərbaycan kubokundakı 100-cü qolunu isə İbrahima Vadji vurub. Seneqallı hücumçu 88-ci dəqiqədə komandasını hesabda önə keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin