“Qarabağ”dan ayrılacaq – Vətəninə qayıdacaq
“Qarabağ”ı mövsümün sonunda tərk edəcək futbolçulardan birinin adı artıq məlumdur.
Komanda.az-ın əldə etdiyi məlumata görə, Ağdam klubu braziliyalı futbolçu Riçard Almeyda ilə bağlı qərarını verib.
Azərbaycan milli komandasının da formasını geyinmiş yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatacaq müqavilənin müddəti artırılmayacaq.
35 yaşlı futbolçunun vətəni Braziliyaya qayıdaraq, orada aşağı liqa klublarından birinə keçəcəyi gözlənilir.
Almeyda 2012-ci ildən “Qarabağ”da çıxış edir. O, əvvəl klubdan ayrılsa da, sonradan yenidən Ağdam təmsilçisinin sıralarına qayıdıb. “Sambaçı” Azərbaycanda “Qarabağ”dan başqa, “Zirə”nin də formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin