“Qarabağ”da bir ayrılıq, bir yeni müqavilə
“Qarabağ” futbolçusu Riçard Almeyda ilə müqaviləni yeniləyib.
Komanda.az “Qarabağ”ın rəsmi saytına istinadən xəbər verir ki, klubla 35 yaşlı yarımmüdafiəçi arasında anlaşma bir il müddətinə uzadılıb.
Riçardın yeni müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
O, bu komandada 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub. Riçard bu müddətdə Premyer Liqada 238 oyunda 46 qol vurub.
“Qarabağ” digər futbolçusu Adama Diakabi ilə də yollarını ayırıb. 28 yaşlı fransalı hücumçunun 2023/24 mövsümünün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
2023-cü ilin yanvarından “Qarabağ”da çıxış edən Diakabi 33 matçda 7 qol vurub. O, Premyer Liqada 24 (5 qol), kubokda 2 (2 qol), avrokuboklarda 7 oyun keçirib.
Fransalı futbolçu “Qarabağ”la iki dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunun qalibi adını qazanıb.
Bizi Facebook-da izləyin