“Qarabağ” “Zirə”yə qalib gəldi

Futbol üzrə Azərbaycan milli komandasının oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən “Qarabağ”la “Zirə” bu gün yoxlama görüşü keçiriblər.

Komanda.az xəbər verir ki, sözügedən komandalar Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəliblər. Qarşılaşma Ağdam klubunun qələbəsiylə başa çatıb.

Qurban Qurbanovun komandasına qələbə gətirən qolları Dani Kintana ilə Filip Ozobiç rəqib qapısından keçirib. Zirəlilərin heyətində isə Xulio Sezar Rodriqes fərqlənib.

Yoxlama oyunu

24 mart

Qarabağ – Zirə 2:1
Qol
: Dani Kintana 36. Filip Ozobiç 64 – Xulio Sezar Rodriqes 56.

Qarabağ: 13. Vaqner da Silva, 8. Miçel, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 66. Cavid Bayramov, 77. Donald Gerrye, 99. Reynaldo Silva.
Zirə: 1. Orxan Sadıqlı, 2. İlkin Qırtımov, 39. Sadiq Quliyev, 27. Adrian Skarlatake, 26. Miloş Radivoyeviç, 3. Budaq Nəsirov, 6. Vüqar Mustafayev (k), 9. Aleksandr Dedov, 20. İsmael Fofana, 77. Mirsayib Abbasov, 7. Pərdis Fərcad-Azad.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button