“Qarabağ” “Viktoriya”ya qalib gəldi

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün daha bir yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi ilk matçında Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Kayzerslautern”lə qarşılaşmış və 1:3 hesabı ilə uduzmuşdu.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ikinci oyunda Çexiya yüksək liqa klubu “Viktoriya” (Plzen) ilə üz-üzə gəlib və rəqibini 2:1 hesabı ilə məğlub edib. Ağdam təmsilçisi bu oyunda əsas heyətlə mübarizə aparıb.

“Qarabağ”ın Avstriyada 4 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Sonrakı rəqiblər hələlik bəlli deyil.

Yoxlama oyunu
9 iyul

Qarabağ – Viktoriya (Plzen) – 2:1
Qollar
: Leandro Andrade, 22; 44 – Kristof Kabonqo, 49.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button