Konfrans Liqası: “Qarabağ” və “Neftçi”nin cavab oyunlarının hakimləri bilindi

“Qarabağ” və “Neftçi” klublarının UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunlarına hakim təyinatları açıqlanıb.

Komanda.az xəbər verir ki, “Qarabağ”ın Şotlandiyanın “Aberdin” klubu ilə səfər matçını Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Harald Lexner olacaq. Ona yan xətt hakimləri Andreas Haydenrayx və Maksimilian Kolbiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Culian Vaynberger yerinə yetirəcək.

“Neftçi”nin İsraildə Hayfa “Makkabi”sinə qarşı keçirəcəyi qarşılaşma isə Şimali Makedoniyadan olan hakimlər briqadasına tapşırılıb. Görüşün baş hakimi Aleksandr Stavrev olacaq. Ona yan xətt hakimləri Deyan Kostadinov və Qoçe Peterski kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Deyan Yakimovski yerinə yetirəcək.

Azərbaycanın hər iki təmsilçisi cavab oyunlarına avqustun 26-da çıxacaq. İlk matçlar isə avqustun 19-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button