“Qarabağ” Rusiya klubuna qalib gəldi
“Qarabağ” bu gün Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, “köhlən atlar” bu dəfə Rusiyanın “Ufa” komandası ilə qarşılaşıb. Hansı ki, sözügedən Premyer Liqa təmsilçisində azərbaycanlı futbolçu Azər Əliyev də forma geyinir.
“Ufa” ilə matça Bakı vaxtı ilə saat 19:00-da start verilib. Üç qolun qeydə alındığı qarşılaşma Azərbaycan çempionunun qələbəsiylə yekunlaşıb. Azər də həmyerlilərinə qarşı oynayıb. O, komandasının start heyətində meydana çıxıb.
Qurban Qurbanovun çalışdırdığı kollektiv əvvəlki yoxlama oyunlarında Bolqarıstanın “Ludoqorets” klubuna 0:2 uduzub, Rumıniya təmsilçisi “Universitatya Krayova” ilə heç-heçə edib – 0:0.
Yoxlama oyunu
28 iyun
Qarabağ – Ufa (Rusiya) 2:1
Qol: Abdullah Zubir, 54. Miçel, 62.
Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Emreli, 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov.
Bizi Facebook-da izləyin