“Qarabağ” – “Rakuv”: Biletlər satışa çıxarıldı

Bakıda “Qarabağ” və Polşa “Rakuv”u arasında keçiriləcək UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb.

Komanda.az xəbər verir ki, qiymətlər müvafiq olaraq 5, 20, 30 və 75 manatdır.

Azarkeşlər biletləri “Iticket.az”-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış) və klubun Park Bulvardakı Fan-Şopundan əldə edə bilərlər.

Avqustun 2-də Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Polşadakı ilk görüş iyulun 26-da olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button