Reytinq: “Qarabağ” mövqeyini qoruyub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 306 komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən yalnız “Qarabağ” yer alıb.

“Köhlən atlar”ın mövqeyi ötən ayla müqayisədə dəyişməyib: onlar 149 xalla 62-ci pillədə qərarlaşıb.

Ağdamlılar Avropa təmsilçiləri arasında 39-cu, postsovet məkanında 1-ci pillədədir.

Türkiyə komandalarından “Fənərbaxça” 173 xalla 32-ci, “Başakşəhər” 130,5 xalla 87-ci, “Trabzonspor” 108,5 xalla 121-ci, “Sivasspor” 94 xalla 155-ci, “Qalatasaray” 76,5 xalla 226-cı, “Beşiktaş” isə 67,5 xalla 288-cidir.

İlk üçlükdə müvafiq olaraq “Flamenqo” (Braziliya – 327 xal), “Real” (İspaniya – 298) və “Mançester Siti” (İngiltərə – 254) qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button