“Qarabağ” – “Molde” oyunu neytral meydanda keçirilə bilər
Futbol üzrə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ” – “Molde” oyunu Bakıda keçirilməyə bilər.
Komanda.az xəbər verir ki, “Smp.no” saytı qarşılaşmanın neytral meydanda təşkil olunmasının mümkünlüyünü iddia edib.
Buna Norveç klubunun Azərbaycan səfərindən sonra 10 günlük karantində qalmaq məcburiyyəti ilə üzləşməsi səbəb göstərilir. Yerli hökumətin bu məsələdə komandaya istisna tətbiq etməsi ehtimalı aşağı olduğundan, matç fərqli məkanda oynanıla bilər.
Qeyd edək ki, püşkə əsasən “Qarabağ” – “Molde”ni sentyabrın 15-16-da Bakıda qəbul etməlidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin