Ozobiç nə vaxt Azərbaycan millisinə çağırılacaq?

“Qarabağ” klubunun futbolçusu Filip Ozobiç sentyabr ayından Azərbaycan milli komandasında çıxış edəcək.

Komanda.az xəbər verir ki, bu barədə Xorvatiyanın “dalmatinskiportal.hr” saytı məlumat yayıb. Xəbərdə, Ozobiçin sentyabrdan Azərbaycan yığmasında oynayacağı bildirilib.

Beş ildir Azərbaycanda olan Ozobiçin vətəndaşlıq aldığı da qeyd olunub. 30 yaşlı yarımmüdafiəçi AFFA-dan gələn təklifi qəbul edib və Azərbaycan millisində çıxış edəcək.

Filip Ozobiç 2016-cı ilin iyulunda Xorvatiyanın “Slaven” klubundan “Qəbələ”yə keçib. Xorvat futbolçu iki il “qırmızı-qaralar”da forma geyindikdən sonra – 2018-ci ilin yayında “Qarabağ”a keçib.

Filip Ozobiç əvvəllər Xorvatiyanın bütün yaş qrupları üzrə yığma komandalarında çıxış edib.

Daha əvvəl AFFA-dan verilən açıqlamada, Ozobiçin Azərbaycandakı beş ilinin iyulun ortalarında tamam olacağı və bundan sonra yığmanın baş məşqçisi Canni De Byazinin istəyinə uyğun olaraq müəyyən addımlar atılacağı bildirilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button