“Qarabağ” kimi güclü rəqibi məğlub etməyimiz ümidvericidir”

Polşanın “Poqon” komandasının qapıçısı Dante Stipiça Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Komanda.az xəbər verir ki, o, 4:2 hesablı qələbəyə sevindikləri oyunla bağlı klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Çox uğurlu toplanış oldu. 10 günlük səmərəli iş arxada qaldı. Hər bir yoxlama matçında yüksək səviyyədə çıxış etdiyimiz üçün şadıq. Toplanışı qələbə ilə başa vurmağımız da sevindirici oldu. Fəxr edirəm ki, bu görüşdə komandamızın bir parçası ola bildim və “Qarabağ”ı məğlub etməyə töhfə verməyi bacardım. Belə güclü rəqibi məğlub edə bilmək ümidvericidir. Ancaq bunlar yalnız yoldaşlıq oyunları idi və liqada rəqabət fərqli görünəcək. Fakt budur ki, biz güclü rəqibləri, ölkələrinin dəfələrlə çempionlarını məğlub etdik və çox yaxşı oyun nümayiş etdirdik. Əminəm ki, son qələbələr bizdə özünəinam hissini artıracaq. Biz istənilən rəqibin öhdəsindən gəlmək iqtidarındayıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button