“Qarabağ” “görmədi”, aşağı liqaya getdi
Seneqal millisinin və “Fənərbaxça”nın sabiq üzvü Mussa Sou yenidən Türkiyəyə qayıdıb.
Komanda.az xəbər verir ki, 33 yaşlı hücumçu 1-ci liqa təmsilçisi “Qaziantep”lə razılıq əldə edib. Bu barədə klubun baş məşqçisi Mehmet Altıparmak Türkiyə mətbuatına açıqlamasıdna deyib.
O, Mussa Sounun cümə günü Türkiyəyə gələrək, tibbi müayinədən keçəcəyini bildirib.
Karyerası ərzində “Renn”, “Lill”, “Əl Əhli”, “Bursaspor” kimi klublarda forma geyinən Sou, 50 dəfə də Seneqal millisinin uğurları üçün çalışıb. Forvard 2018-ci ilin yayından klubsuz idi.
Komanda.az-ın qeydi: Avropa Liqasının qrup mərhələsində uğursuz çıxış edən, qol vurmaqda çətinlik çəkən (6 oyuna 2 qol) “Qarabağ”ın hücum xəttindəki problemi Mussa Sou ilə həll etməyə çalışmaması maraq doğurur. Halbuki, Sou yaydan bəri klubsuz olub. Onu ən azı indi, qış transfer dövründə də transfer etmək olardı və təcrübəsi ilə istənilən Azərbaycan klubuna fayda verərdi. Görünür, bizim klubların ya menecerlik sistemi düzgün işləmir, ya da onlara bu səviyyədə futbolçu lazım deyil.
Bizi Facebook-da izləyin