“Qarabağ” daha aqressiv idi” – “Viktoriya”nın baş məşqçisi
“Viktoriya” (Plzen) klubunun baş məşqçisi Zdenek Beçka “Qarabağ”la qarşılaşdıqları yoxlama oyunundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, klubun saytına danışan Beçka, 2:2 hesabıyla bitən görüşü belə şərh edib:
“İlk hissə düşündüyümüz kimi keçmədi. Oyunun gedişində bir neçə taktiki dəyişiklik etdik. Ancaq uğurlu ola bilmədik. “Qarabağ” daha aqressiv idi.
Sonra 4-2-3-1 taktiki sxemimizə qayıtdıq. Bir neçə futbolçunu əvəzlədikdən sonra oyun dəyişdi. Ehtiyatdakı futbolçuların oyuna qoşulması yaxşı oldu. Bu, rəqabəti artırır və heç kim əsas heyətdəki yerindən əmin olmur”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin