“Qarabağ” – “Ayaks” matçının hakimləri açıqlandı

Bakıda “Qarabağ” və Niderlandın “Ayaks” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü tur oyununu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Komanda.az xəbər verir ki, baş hakim FİFA referisi Nikolas Uolş olacaq. Ona Grime Stuart və Kalum Spence köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kristopher Qraham yerinə yetirəcək. VAR-da Kevin Klansi, AVAR-da Con Biton əyləşəcəklər.

“Qarabağ” – “Ayaks” matçı oktyabrın 24-də, saat 20:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button