“Qarabağ” 800 manat cərimə ödəyəcək
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının 32-ci turunun üç oyunu ilə bağlı cəzaları açıqlayıb.
Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, “Qəbələ” – “Kəpəz” matçında 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 700 manat cərimə edilib.
“Sumqayıt” 800 manat cərimələnib. Buna “Qarabağ”la oyun bitdikdən sonra meydana kənar şəxslərin çıxması səbəb olub. Matçın 78-ci dəqiqəsində azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün isə “Qarabağ” klubu 800 manat cərimələnib.
“Zirə” – “Araz-Naxçıvan” görüşündə futbolçuları tərəfindən texniki zonanın dam örtüyünə vurulan zərəri qonaq komanda ödəyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin