“Qarabağ” 544 gündən sonra

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2020/21 mövsümündə ilk səfər məğlubiyyətini alıb.

Komanda.az xəbər verir ki, bu, çempionatın sonuncu – 28-ci turuna təsadüf edib.

“Neftçi” ilə qarşılaşmada 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi bu mövsüm rəqib meydanında uduzmamışdı.

Qurban Qurbanovun yetirmələri sonuncu dəfə 2019-cu il noyabrın 22-də “Sumqayıt”la səfər matçında məğlubiyyətlə üzləşib. 544 gün öncə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib. Son 17 səfər görüşündə uduzmayan “Qarabağ” bu müddətdə 9 qələbə qazanıb və 8 heç-heçə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button