“Qarabağ” 2000 manat cərimə olundu

AFFA İntizam Komitəsi “Qarabağ”ı 2000 manat cərimələyib.

Komanda.az xəbər verir ki, buna Ağdam təmsilçisinin Premyer Liqanın 16-cı turunda “Sabah”la heç-heçə (1:1) etdiyi matçda yaşananlar səbəb olub.

“Köhlən atlar” azarkeşlər pirotexniki vasitədən istifadə etdiyinə görə 1500 manat ziyana düşüb.

Ağdam təmsilçisi sözügedən qarşılaşmada fanatlar tərəfindən təhqiramiz ifadələr səsləndirildiyi (bu hal cari mövsümdə ikinci dəfə yaşanır) üçün 500 manat ödəyəcək.

“Səbail” klubu isə 700 manat cərimə olunub. “Dənizçilər”in 4 üzvü “Araz-Naxçıvan”a 0:2 hesabı ilə uduzduqları görüşdə sarı vərəqə ilə cəzalandırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button