“Qapımız qarşısında təhlükəli vəziyyətə imkan vermədik”
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abasov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Çempionun son matçlarında yüksək tempdə oynadıqlarını görürdük. Buna hazır idik. Futbolçularıma əhsən düşür. Matça nəzarəti ələ keçirməyin çətin olacağını bilirdik və buna da nail olduq. Qapımız qarşısında təhlükəli vəziyyətə imkan vermədik. Öz qol imkanımız da oldu. İkinci hissənin əvvəlində Tellur Mütəllimov fərqlənə bilmədi. Futbolçular sonadək mübarizə apardılar, təslim olmadılar. Bir xala sevindik. Birinci hissədə “Neftçi” çox sürətli hücumlar edirdi. Sürətli hücumlar azaldıqca bizim hücumlarımız artmağa başladı. Rəhim Hüseynovun da yaxşı və zəif çıxışları olur. Bu gün ola bilsin, çoxlu top itirdi. Amma önəmli futbolçularımızdandır”.
Bizi Facebook-da izləyin