“Qapılar Messinin üzünə həmişə açıqdır” – Xavi
“Barselona”nın baş məşqçisi Xavi əmindir ki, Lionel Messinin komandaya qayıtması argentinalının qərarından asılıdır.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, “Barsa”nın qapılarının argentinalı forvardın üzünə açıq olduğunu bildirib:
“Özünüzü hər şeyi qazanan futbolçunun yerinə qoymaq çətindir, elə deyilmi? Onun hansı şübhələri ola bilər, bilmirəm. Bəlkə də, başqa bir layihə, yaxşı münasibətdə olduğu mühüm oyunçuların – məsələn, Serxio Buskets və Jordi Albanın klubdan ayrılması. Bilmirəm, onun fikrini oxuya bilmirəm.
İnkişaf etdirdiyimiz əlaqələri nəzərə alsaq, düşünürəm ki, mən özümü çox aydın ifadə etmişəm. Qapılar onun üzünə həmişə açıqdır. O, qayıtmaq istəsə, bir məşqçi kimi buna qətiyyən şübhəm olmayacaq. Düşünürəm ki, o, bizə çox şey verə bilər. Ona görə də, əvvəl dediyim kimi, hər şey daha çox onun qərarından asılıdır”.
Messi hazırda PSJ-də forma geyinir və onun tezliklə Paris klubundan ayrılması gözlənilir.
Bizi Facebook-da izləyin