“Qapıçılarımız ümidləri doğrultmadı, zəif çıxış etdilər”
Minskdə təşkil olunan 2-ci MDB oyunlarında iştirak edən futzal üzrə 19 yaşadək Azərbaycan millisi bu gün ilk oyununu keçirib.
Komanda.az xəbər verir ki, komandamızın baş məşqçisi İlqar Aslanov 1:7 hesabıyla uduzduqları Belarus yığması ilə duel haqda federasiyanın rəsmi saytına bunları söyləyib:
“Meydan sahiblərinə qarşı oynamaq hər zaman çətin olur. Üstəlik, rəqibimiz də güclü komanda idi. Heyətimizdə yer alan futzalçıların bir neçəsi ilk dəfə bu cür yarışda iştirak etdiklərinə görə, həyəcanlı idilər. Qapıçılarımız da ümidləri doğrultmadı, zəif çıxış etdilər. Bir qədər inamlı oynasaydılar, hesabdakı fərq böyük olmazdı. Futzalçılar bu cür yarışlarda “bişirlər”. Təcrübə toplamaq baxımından turnir komandamızın üzvləri üçün faydalı olacaq”.
Bizi Facebook-da izləyin