Qalmaqal: “Barselona” La Liqadan qovula bilər
“Barselona” klubu ilə bağlı hakim qalmaqalının yeni təfərrüatları məlum olub.
Komanda.az xəbər verir ki, Katloniya təmsilçisi İspaniya Hakimlər Komitəsinin vitse-prezidenti Xose Maria Enrikes Neqreiraya 2016-2018-ci illər ərzində 1,4 milyon avro ödəyib. O, bu pulu konsaltinq xidmətləri qarşılığında aldığını bildirib. Klubdan da eyni məzmunlu açıqlama verilib. Qeyd olunub ki, İspaniya Kral Futbol Federasiyasının rəsmisi gənc oyunçulara hakimlik haqqında məlumat vermək üçün pul alıb.
“El Confidencial”ın məlumatına görə, Xose Maria 2003-cü ildən bəri “Barselona”dan 4,7 milyon avro alıb. 2016-2018-ci illər aralığında Neqreiraya məxsus şirkətin dövriyyəsinin 95 faizi “Barsa”dan alınan ödənişlər olub.
“Barselona”nın hakim qalmaqalı ilə bağlı məsələdə günahı təsdiqini taparsa, kataloniyalıları La Liqadan qovulmaq, korrupsiya hesab edilərsə, xalların tutulması və cərimələr gözləyir.
Neqreira 1994-2018-ci illərdə texniki hakimlər komitəsinin vitse-prezidenti vəzifəsində çalışıb.
Bizi Facebook-da izləyin