“River Pleyt” “sükan”ı keçmiş baş məşqçisinə tapşırdı

“River Pleyt”ə (Argentina) bundan sonra yeni baş məşqçi Marselo Qalyardo rəhbərlik edəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssislə 31 dekabr 2025-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.

48 yaşlı baş məşqçi ötən mövsüm “Əl-İttihad”a rəhbərlik edib. Onun rəhbərliyi altında Səudiyyə Ərəbistanı komandası 33 oyun keçirib, 15 qələbə qazanıb, 4 heç-heçə edib və 14 məğlubiyyət yaşayıb.

Qalyardo Səudiyyə Ərəbistanında işləməzdən əvvəl, 2014-2022-ci illərdə “River Pleyt”ə rəhbərlik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button