“Qalatasaray”dan çətin qələbə

Futbol üzrə Türkiyə Super Liqasında 26-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış “Konyaspor” doğma meydanda “Kasımpaşa” ilə qarşılaşıb. 8 qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. “Başakşəhər” isə səfərdə “Rizəspor” üzərində inamlı qələbəyə sevinib.

Şənbə günü daha üç qarşılaşma baş tutub. Səfərdə “Yeni Malatyaspor”la qarşılaşan “Antalyaspor” çətin qələbəyə sevinib. “Kayserispor” “Girəsunspor”u məğlub yola salıb. “Beşiktaş” isə doğma meydanda “Altay”la münasibətlərinə aydınlıq gətirib. İstanbul təmsilçisi minimal hesabla qalib gəlib.

Bazar günü dörd qarşılaşma baş tutub. “Adana Dəmirspor” səfərdə “Qaziantep”i böyük hesabla məğlub edibsə, lider “Trabzonspor” da “Alanyaspor”u 4 cavabsız qolla yenib. “Fatih Karagümrük” doğma meydanda “Sivasspor”u minimal hesabla üstələyib. “Fənərbaxça” isə “Hatayspor”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Turun son matçında “Qalatasaray” “Göztəpə” səfərində 6 oyunluq qələbə həsrətinə son qoymağa çalışıb. Dörd penaltinin, beş qolun qeydə alındığı qarşılaşma məhz İstanbul təmsilçisinin çətin qələbəsiylə yekunlaşıb.

Türkiyə Super Liqası, 26-cı tur

18 fevral

Konyaspor – Kasımpaşa 4:4
Qol
: Amilton, 28. Rahmanoviç, 40. S.Dikmen, 52. Çikalleşi, 90+10 – Oanes, 7. Hayradinoviç, 46. U.Bozok, 60-pen. Mabil, 90+1.

Rizəspor – Başakşəhər 0:2
Qol
: Trezeqe, 33; 52.

19 fevral

Yeni Malatyaspor – Antalyaspor 1:2
Qol
: R.Çağıran, 88 – L.Adriano, 7. Fernando, 60.

Kayserispor – Girəsunspor 2:1
Qol
: Qavranoviç, 29. M.Çətin, 45+1 – M.Süleymanov, 86.

Beşiktaş – Altay 1:0
Qol
: D.Vida, 64.

20 fevral

Qaziantep – Adana Dəmirspor 0:3
Qol
: Assombalonqa, 18; 82. Byarnason, 69.

Alanyaspor – Trabzonspor 0:4
Qol
: Nvakaema, 5; 26. Kornelius, 36. D.Toköz, 39.

Fatih Karagümrük – Sivasspor 1:0
Qol
: Borini, 68-pen.

Fənərbaxça – Hatayspor 2:0
Qol
: S.Dursun, 67-pen; 81-pen.

21 fevral

Göztəpə – Qalatasaray 2:3
Qol
: Ndiaye, 45+1-pen; 70-pen – Nelsson, 3. Qomis, 85-pen; 90+0-pen.

Bombardir: Aleksandar Peşiç (Fatih Karagümrük) – 12 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button