“Qalatasaray”ın iki futbolçusu oyun zamanı dalaşdı

Futbol üzrə Türkiyə Super Liqasının ilk turu çərçivəsində keçirilmiş “Giresunspor” – “Qalatasaray” matçında (0:2) xoşagəlməz anlar yaşanıb.

Komanda.az xəbər verir ki, matçın ikinci hissəsində “Qalatasaray”ın iki futbolçusu – Markao və Kerem Aktürkoğlu dalaşıb.

Mübahisədən sonra braziliyalı futbolçu Keremin üzərinə yeriyərək ona kəllə atıb, ardınca isə ona iki yumruq zərbəsi endirib. Buna görə hakim Markaoya qırmızı vərəqə göstərərək onu meydandan qovub. Hadisənin dəqiq səbəbi bilinmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button