“Qalatasaray”ın futbolçusu BƏƏ klubunda

Türkiyənin “Qalatasaray” klubu futbolçusu Aleksandru Çikaldaunu icarəyə verib.

Komanda.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

Rumıniyalı oyunçu “Əl İttihad” (Kalba) komandasının formasını geyinəcək. Ərəbistan klubu mövsümün sonunda Çikaldaunu almaq hüququna malikdir.

Aleksandru Çikaldau 2021-ci ilin yayından İstanbul təmsilçisində çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button