Türkiyəli fanatlar “Barselona”nın futbolçularının yuxusunu haram etdi – FOTO
“Qalatasaray”ın azarkeşləri Avropa Liqasının 1/8 finalının cavab oyunundan əvvəl “Barselona”nın futbolçularının qaldığı otelin qarşısında atəşfəşanlıq ediblər.
Komanda.az “goal.com”a istinadən xəbər verir ki, türkiyəli fanatlar gecə saat 04:35 radələrində “Barselona”nın heyətinin İstanbulda məskunlaşdığı otelin pəncərələrinin altında atəşfəşanlıq ediblər.
“Qalatasaray” – “Barselona” oyunu bu gün, saat 21:45-də başlayacaq. İspaniyadakı ilk oyun 0:0 hesabı ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin