Niderland klubundan “Qalatasaray”a keçdi

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-qırmızılar” Niderlandın “Alkmaar” klubundan Fredrik Midtsyonu transfer edib. Norveçli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Midtsyo Niderland klubunda 195 matça çıxıb, 7 qol vurub, 31 məhsuldar ötürmə edib.

“Qalatasaray” öz oyunçularından Aytaç Kara ilə də yollarını ayırıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, dayaq yarımmüdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Aytaç Kara “Qalatasaray”a 2021/22 mövsümünün əvvəlində “Kasımpaşa”dan transfer olunmuş və 3 illik müqaviləyə imza atmışdı. Lakin o, əsas heyət üzvünə çevrilə bilmədiyi üçün mövsümün ikinci dövrəsində “Göztəpə”yə icarəyə verilmişdi.

Artıq Aytaç Karanın yeni komandası da bəllidir. O, keçmiş komandası “Kasımpaşa”ya qayıdıb. Tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb. 29 yaşlı futbolçu 2019/2021-ci illər aralığında oynadığı “Kasımpaşa”dan başqa, “Altay”, “Əskişəhərspor”, “Trabzonspor”, “Yeni Malatyaspor” və “Bursaspor”un da formasını geyinib. O, Türkiyə millisində də 2 oyun keçirib.

“Kasımpaşa” bir neçə gün öncə “Trabzonspor”dan ayrılan Yunus Mallını da heyətinə qatıb.

Yunus Mallı “Trabzonspor”a 2021-ci ilin yanvarında Almaniyanın “Volfsburq” klubundan gəlmişdi. Mönhenqladbax “Borussiya”sının yetirməsi olan yarımmüdafiəçi Almaniyada “Union Berlin” və “Maynts”ın da formasını geyinib. Türkiyə millisində 25 oyun keçirmiş futbolçu, cəmi 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button