“Qalatasaray”da 2 futbolçu koronavirusa yoluxub
Türkiyənin “Qalatasaray” klubunda iki futbolçu koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə iyulun 16-da klubun bütün kollektivindən COVİD-19 testi götürüldüyü bildirilib. Nəticədə iki futbolçunun testi pozitiv çıxıb. Onların adları açıqlanmayıb. Hər iki futbolçu karantinə alınıb və nəzarətə götürülüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin