“Qalatasaray” “Fənərbaxça”ya səfərdə qalib gəldi
Türkiyə Super Liqasında 18-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, bu gün daha 4 qarşılaşma baş tutub.
“Fatih Karagümrük” – “Konyaspor” matçında qalib müəyyənləşməyib. “Ankaragücü” – “Kayserispor” matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. “Girəsunspor” isə evdə “Ümraniyəspor”a uduzub.
Turun mərkəzi oyunu da bu gün baş tutub. “Fənərbaxça” doğma meydanda əzəli rəqibi “Qalatasaray”a məğlub olub.
Türkiyə Super Liqası
18-ci tur
7 yanvar
Hatayspor – Antalyaspor 0:0
Beşiktaş – Kasımpaşa 2:1
Qol: C.Tosun, 28. Veqhorst, 45+6 – A.Engin, 69.
8 yanvar
Fatih Karagümrük – Konyaspor 3:3
Qol: Ozdoyev, 7. Dianye, 33. Frey, 88 – M.Diuf, 65; 72; 90+5.
Ankaragücü – Kayserispor 2:1
Qol: Sou, 38. E.Kılınc, 63 – M.Kardozo, 15.
Girəsunspor – Ümraniyəspor 0:1
Qol: Mrşiç, 83.
Fənərbaxça – Qalatasaray 0:3
Qol: S.Oliveyra, 32. K.Aktürkoğlu, 78. İkardi, 90+11.
9 yanvar
18:00. Başakşəhər – Adana Dəmirspor
21:00. Alanyaspor – Trabzonspor
21:00. İstanbulspor – Qaziantep
Bizi Facebook-da izləyin