“Qalatasaray” erməni futbolçu alır – 13 milyon avroya
Türkiyənin “Qalatasaray” klubu Moskva “Dinamo”sunun yarımmüdafiəçisi Arsen Zaxaryanı transfer etməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə bildirilir ki, İstanbul təmsilçisi erməni əsilli futbolçunun keçidi ilə bağlı Rusiya klubunu razı salıb. İddiaya görə, Türkiyə nəhəngi 19 yaşlı oyunçu üçün 13 milyon avro təzminat ödəyəcək.
“Dinamo”nun yetirməsi olan Arsen Zaxaryan 2020-ci ildən Moskva təmsilçisinin əsas komandasında oynayır. O, bu komandada 69 oyuna 15 qol vurub, 20 məhsuldar ötürmə edib. Zaxaryan Rusiya milli komandasında da 6 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin