“Liverpul” – “Çelsi” matçının hakimi Azərbaycan millisinin oyununda

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin AÇ-2021-in seçmə mərhələsində səfərdə İspaniya yığması ilə keçirəcəyi oyunu üçün hakim təyinatları açıqlanıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı İrlandiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Paula Bredi olacaq. Ona yan xətt hakimləri Mişel Onil və Olivia Sneyd kömək edəcək. Dördüncü hakim funksiyasını isə Orla Devani yerinə yetirəcək.

Yan xətt hakimi Mişel Onil UEFA superkubokunun “Liverpul”la “Çelsi” arasında olan matçının (2:2, penaltilər seriyası 5:4) hakimlər briqadasında yer almışdı.

Oktyabrın 4-də keçiriləcək İspaniya – Azərbaycan matçı saat 22:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button