Milli komandanın üzvü bıçaqlanaraq öldürüldü
Qadın futbolçulardan ibarət Yamayka milli komandasının futbolçusu Taraniya Klark bıçaqlanaraq qətlə yetirilib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə oktyabrın 31-də baş verib. Klark və başqa qadın arasında mobil telefon üstündə mübahisə yaranıb. Davaya çevrilən mübahisə nəticəsində Klark bıçaqlanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Klark “Uoterhaus” klubunun üzvü idi. O, sentyabrda Yamayka millisində debüt etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin