Qadınlar da hazırlığa başladılar

Qadın boksçulardan ibarət Azərbaycan millisi yeni ilin ilk təlim-məşq toplanışına start verib.

Komanda.az xəbər verir ki, komandamız baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında Abşeron Olimpiya İdman Kompleksində bir araya gəlib.

Hazırlığa 8 boksçu dəvət olunub. Gündə iki dəfə keçirilən məşqlərdə əsas diqqət funksional hazırlığa yönəlib. Komanda sonradan kişi boksçulardan ibarət yığma ilə birgə məşq edəcək.

Toplanış Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya veriləcək turnirlərə hazırlıq xarakteri daşıyır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button