“Hamımız xoşbəxtik” – Luis Enrike
PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda Dortmund “Borussiya”sı üzərində qazanılan qələbəni (2:0) şərh edib.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, ispaniyalı baş məşqçi oyunu bəyəndiyini və xoşbəxt olduqlarını söyləyib:
“Demək olar ki, hər şeyi bəyəndim: matçın əvvəlindən intensivlik, 75 dəqiqə ərzində sürət və nəzarət. Hamımız xoşbəxtik. Bu, demək olar ki, mənim üçün mükəmməl bir axşamdır. Onların hücum etmək imkanı yox idi. “Borussiya” fiziki cəhətdən güclü komandadır, yaxşı müdafiə olunur. Amma ilk hissədə bir neçə məqam oldu ki, qol vura bildik.
Bu, birinci turdur, qələbə həyati əhəmiyyət kəsb edirdi, amma gələcəyə ümid vermir. Ən əsası, mümkün qədər çox qələbə qazanmaqdır”.
PSJ 3 xal toplayıb və F qrupuna başçılıq edir. “Borussiya” 0 xalla sonuncu yerdədir.
Bizi Facebook-da izləyin