“Qəbələ”nin zədəlilərindən biri sıraya döndü, ikisi…
“Qəbələ”nin iki futbolçusu hazırlıq prosesində iştirak etmir.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Rüfət Əhmədov əməliyyat sonrası reabilitasiya dövrü keçir.
Proqram üzrə bərpa prosesini başa vuracaq Yaovi Akakpo bu həftə məşqlərə start verəcək.
Ürfan Abbasov isə bərpa prosesini başa vurduqdan sonra ilk oyununu keçirib. Təcrübəli müdafiəçi Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Araz Naxçıvan”la görüşünün (5:0) 75-ci dəqiqəsində oyuna daxil olub. 185 gündən sonra rəsmi matçda meydana çıxan Abbasov cari mövsümdə ilk dəfə şans qazanıb. O, bunadək sonuncu dəfə ötən mövsüm Premyer Liqanın 28-ci turunun “Sabah”la ev qarşılaşmasında (1:1) forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin