“Qəbələ” günü 2 məşqlə başa vurdu
“Qəbələ” mövsümün ikinci yarısına hazırlığını davam etdirir.
Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 10-cu gününü başa vurub. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda günü iki məşqlə yekunlaşdırıb.
Günün ilk məşqi fitnes zalında gerçəkləşib. Futbolçular müxtəlif fiziki təmrinləri icra ediblər. Günün ikinci yarısında baş tutan məşq prosesi meydançada reallaşıb. Komanda üzvləri toplu çalışmaları yerinə yetiriblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin