“Qəbələ”nin yeni transferi xəstələndi

“Qəbələ”nin iki futbolçusu Premyer Liqanın 22-ci turunun “Neftçi” ilə oyunu ərəfəsindəki son məşqdə iştirak etməyib.

Komanda.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “qırmızı-qaralar”ın yeni transferi Əyyub Allaş hərarəti olduğu üçün hazırlığa qatılmayıb. Rüfət Əhmədov isə bərpa prosesini davam etdirir.

Sabah keçiriləcək “Qəbələ” – “Neftçi” matçına saat 15:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button