Pyaniç özünə klub tapıb

“Barselona”nın yarımmüdafiəçisi Miralem Pyaniç Birləşmiş Ərəb Əmirliklərinin “Əl Şarja” klubuna keçəcək.

Komanda.az xəbər verir ki, bu barədə RAC1 məlumat yayıb. 32 yaşlı bosniyalı futbolçu Kataloniya klubu ilə müqaviləyə xitam verəcək və azad agent kimi “Əl Şarja”ya keçəcək.

Yarımmüdafiəçinin “Barselona”nın pul təzminatından imtina etdiyi qeyd olunur.

Pyaniç ötən mövsümü icarə əsasında “Beşiktaş”da keçirib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button