PSJ yetirməsini 15 milyon avroya satdı
Almaniyanın “Bayer” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın PSJ klubunun yetirməsi Mussa Diabini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
20 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. O, Bundesliqa klubunda 19 nömrəli formanı geyinəcək.
Almaniya mətbuatının yazdığına görə, “Bayer” fransalı vingerin keçidi qarşılığında Paris klubuna 15 milyon avro təzminat ödəyəcək.
2018-ci ildə İtaliyanın “Krotone” klubunda icarədə olmuş Diabi, PSJ ilə bütün turnirlər daxil olmaqla bütövlükdə 34 oyuna çıxıb, 4 qola imza atıb. O, həm də Fransanın gənclərdən ibarət yığma komandasının üzvüdü.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin