PSJ yeni transferini rəsmən açıqladı

Fransanın PSJ klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Paris təmsilçisi “Sevilya”dan Pablo Sarabianı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

İspaniya mətbuatına görə PSJ, bu keçid üçün “Sevilya”ya 18 milyon avro ödəyəcək.

“Real”ın yetirməsi olan Sarabia “kral klubu”nun əsas komandasında çıxış etməyib. 2016-cı ildən “Sevilya”nın uğurları üçün çalışan yarımmüdafiəçi, 151 oyunda 43 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button