PSJ ümidləri doğrultmayan futbolçunu satmağa hazırdır
PSJ yarımmüdafiəçisi Manuel Uqarteni satmağa hazırdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris klubu uruqvaylı futbolçunu sərfəli təklif alacağı təqdirdə, sata bilər.
Uqarte ilə “Mançester Yunayted” maraqlanır, lakin İngiltərə klubu hələ ki, rəsmi təkliflə çıxış etməyib.
23 yaşlı futbolçu keçən yay “Çelsi”də qala bilərdi, amma PSJ yarımmüdafiəçi uğrunda yarışda qalib gəlmişdi.
Uqarte Fransa çempionatında debüt mövsümündə 25 oyun keçirib, 2 məhsuldar ötürmə edib. Uruqvaylı futbolçu məşqçilər heyətinin ümidlərini doğrultmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin